10 aprel 2024 at 17:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85440997
T T
0 Persons
Ali Məqamlı Rəhbər: İslam ölkələrinin sionist rejimə yardım etməsi İslam ümmətinə xəyanətdir

Tehran - İRNA - İslam İnqilabının Ali Rəhbəri ölkə rəsmiləri və İslam ölkələrinin səfirləri ilə görüşdə deyib: “Bəzi İslam ölkələri sionist rejimə kömək edir. Bu xəyanətdir, İslam ümmətinə xəyanətdir. Bu, həm də özlərinə xəyanətdir, çünki onlar bu hərəkətləri ilə zəifləməkdə olan sionist qurumlarını gücləndirirlər. Bu gücləndirmə onların öz ziyanına olacaq.”

İslam İnqilabının Ali Rəhbəri bu görüşdə İran və bütün müsəlman xalqlarını Fitr bayramı münasibətilə təbrik edib, onlara səadət və bərəkət arzulayıb, mübarək Ramazan ayında xüsusi mənəvi ab-havanın yaranmasını yüksək qiymətləndirib, bu ilki Qüds Günü yürüşünü İran xalqının mübarək Ramazan ayında parlaqlığının növbəti təzahürü adlandıraraq deyib: “Bənzərsiz Qüds Günü yürüşü heyrətamiz siyasi və beynəlxalq hərəkat idi. Mütəxəssis şəxslərin bildirdiyinə əsasən, sıx izdihamın olması və əvvəlki illərdən daha çox insanın iştirak etməsi ilə bu, əsl mənada ictimai qiyama çevrilib.” 

Həzrət Ayətullah Xamenei çıxışının digər hissəsində Qəzzə məsələsini gözardı edilməsi mümkün olmayan, İslam dünyasının problemlərinin başında olan bir məsələ və hər kəsin məsuliyyət hiss etməli olduğunu tələb edən mövzu adlandıraraq deyib: “Xalqların, hətta qeyri-müsəlman xalqların da qəlbi Fələstin və Qəzzə məzlumlarının yanındadır və bunun əlaməti Afrika, Asiya, Avropa, hətta Amerikanın özündə sionistlərin cinayətlərinə qarşı misli görünməmiş yürüşlərdir.”

Həzrət Ayətullah Xamenei hazırkı çox acınacaqlı reallığın səbəbini bəzi İslam ölkələrinin sionist rejimin qadın və uşaqlara qarşı cinayətlərinin ən qızğın vaxtında bu rejimə kömək etməsi göstərərək deyib: “Bu köməklər və sionist rejimin zəifləməkdə olan qurumlarının gücləndirilməsi həm İslam ümmətinə xəyanətdir, həm də bu ölkələrin özlərinə xəyanətdir, çünki bu yardımlar əslində onların özlərini məhv etməsinə kömək edir.”

Ali Məqamlı Rəhbər İslam hökumətlərinin sionist rejim ilə siyasi və iqtisadi əlaqələri kəsməyi İran İslam Respublikasının qəti təklifi və gözləntisi adlandırıb, İslam ölkələrində referendum keçiriləcəyi təqdirdə bütün müsəlman xalqların gözləntisinin də bu olduğunu vurğulayaraq əlavə edib: “Minimum gözlənti budur ki, İslam hökumətləri sionist rejimlə müvəqqəti və cinayətlərin davam etdiyi bir vaxtda əlaqələri kəssinlər və onlara kömək etməsinlər.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .